Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
2 Noyabr 2020 14:32
1 974
Almaniyanın ARD televiziya kanalında Azərbaycana səfər etmiş jurnalist Oliver Mayer-Rütün Tərtər barədə hazırladığı “Dağlıq Qarabağ münaqişəsi: atəşkəsin pozulmaları” sərlövhəli məqaləsi əsasında reportaj efirə verilib.
Reportajda bildirilir ki, Sovet İttifaqının dağılmasından sonra Dağlıq Qarabağ Ermənistanın dəstəyi ilə birtərəfli qaydada “müstəqilliyini elan edib”. Qondarma “Dağlıq Qarabağ respublikası” beynəlxalq səviyyədə tanınmır və beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi hesab olunur.
Diqqətə çatdırılıb ki, sentyabrın 27-dən münaqişə yenidən alovlanıb. Ermənistan silahlı qüvvələri Tərtər rayonunu və ətraf kəndləri, həmçinin bir sıra digər yaşayış məntəqələrini bombalayıb. İndiyədək yüzlərlə mülki şəxs həlak olub.
Reportajda, eyni zamanda, Ermənistan tərəfindən Tərtərin raket atəşinə tutulması nəticəsində həlak olan 16 yaşlı Orxan İsmayılzadənin babası Tofiq Abbasovun müsahibəsi də tamaşaçılara təqdim olunub.
25 Sentyabr 20:55
616
25 Sentyabr 19:20
658
25 Sentyabr 16:47
679