“Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq” Siyasət

“Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq”

Sahibə Qafarova: “Şuşanın azad edilməsi tarixi günə çevrilib”

Milli Məclisi növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi qələbənin sevincini yaşayır: “İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qurtuluş savaşı zəfərlə başa çatıb və əzəli torpaqlarımız işğaldan azad edilib. Xalqımız qalib xalqa çevrilib. Təəssüf ki döyüş itkisiz olmur. Biz də vətən müharibəsində itkilər verdik”.
Sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sahibə Qafarova əalvə edib ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub. Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyü bununla da təmin ediləcək: “Məcburi köçkünlər həmin ərazilərə geri dönəcək. Bu müharibədə Ermənistan elə zərbə alıb ki, onun özünə gəlməsinə illər sərf ediləcək”.
O qeyd edib ki, bu müharibədə dünya bir vandallığı da görüb: “Həmin ərazilərdə infrastruktur tamamilə dağıdılıb. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq”.
Spiker bildirib ki, noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır. Sədrin sözlərinə görə, bu bayraq digər torpaqlarımızda da dalğalanacaq: “Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. Əsgər və zabitlərin qəhrəmanlığı dillərdə dastan olacaq. Əsgər və zabitlərimizin fədakarlığını heç zaman unutmayacağıq”.
Sədr hər kəsi qələbə ilə bağlı təbrik edib: “Bildiyiniz kimi, keçən il cənab İlham Əliyev Valdey şəhərindəki səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi Azərbaycanın qələbəsinə çevrildi. Artıq “Qarabağ-Azərbaycandır”. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qəhrəman Azərbaycan ordusuna! Eşq olsun Azərbaycan xalqına!”.
Milli Məclisin sədri onu da qeyd edib ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub”.
Sahibə Qafarova ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyindən də söz açıb: “Məcburi köçkünlər həmin ərazilərə geri dönəcək. Bu müharibədə Ermənistan elə zərbə alıb ki, onun özünə gəlməsinə illər sərf ediləcək”.
Spiker bu müharibədə dünyanın bir vandallığı da gördüyünü qeyd edib: “Həmin ərazilərdə infrastruktur tamamilə dağıdılıb. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, sülhməramlıların bölgəyə gəlişi gözlənilən idi: “Çünki onlarsız sülhü bərpa etmək mümkün deyildi”. Onun sözlərinə görə, sosial şəbəkələdə bəzi maraqlı qüvvələr sülhməramlıların bölgəyə gəlməsinə don geyindirməyə çalışırlar: “Azərbaycan Ordusu Azərbaycan xalqını tarxin yaddaşına qalib xalq kimi həkk edib. Qarabağ bizimdir!”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, 30 il ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirib. Ziyafət Əagərov bildirib ki, noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açılıb: 0
“Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibə aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu. Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda dəstək oldu. “Bir millət, iki dövlət” artıq sadəcə şüar deyil”.
Deputat Elman Nəsirov vurğulayıb ki, Şuşa şəhərinin ən yüksək yerlərindən birində bizim xilaskar əsgərimizə abidə qoyulsun. Deputat bildirib ki, bu tarixi qələbənin birinci qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir: “Onun atdığı addımlar həlledici idi və qələbəni təmin etdi. Şanlı qələbəyə imza atan isə Ordumuzdur. Ordumuz sözün həqiqi mənasında xariqələr yaratdı, tarixi qələbəni bizə yaşatdı. Şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə hörmətlə, izzətlə yanaşırıq”.
Deputat təklif edib ki, müəyyən vaxtdan sonra, uyğun şərait yaranda parlamentin iclaslarından biri Şuşa şəhərində keçirilsin: “İşğaldan azad olunmuş torpaqlarla bağlı qanun layihələrini Şuşada qəbul edək”.
Elman Nəsirov həmçinin Milli Məclisin plenar iclaslarının işğaldan azad edilən Şuşa şəhərində keçiriləməsi təklif edib. O qed edib ki, müəyyən vaxtda və məqamda parlamentin iclasını Şuşa şəhərində keçirilsin: “Bəzi qanunları və onlara dəyişiklikləri həmin iclaslarda qəbul edək”.
Deputat Vahid Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan 44 gün ərzində Vətən Müharibəsi aparıb: “Artıq dünya mətbuatında dünya hərbi ekspertləri Azərbaycanın nailiyyəti barədə fikir mübadiləsi aparırlar”.
Deputat qeyd edib ki, bəyanatda Ermənistanın faktiki olaraq, ərazilərdən çəkilməsi barədə faktlar əksini tapdı: “Sənəddə statusun olmaması çox əhəmiyyətlidir. Azərbaycanın Rusiyadakı səfiri hansısa statusdan danışır. Elə bil Rusiyanın xarici işlər nazirini əvəz edir. Bu insanlar özü istefa etməlidir. Bütün dövlət məmurları Prezidentin statusla bağlı çıxışını nəzərə almalıdır. Bu bəyanatda müsbət məqamlar çoxdur. 44 gündə bizimlə birlikdə olduğu üçün Türkiyəyə, Türkiyə Prezidentinə, Pakistana və yanımızda olan bütün ölkələrə, ölkə başçılarına təşəkkürümü bildirirəm”.
8 may Şuşanın işğalı günü Milli Məclisdə təsirli çıxışı ilə yadda qalan şuşalı gənc Əsra Məmmədli Milli Məclisdə Şuşanın işğaldan azad olunması münasibətilə çıxış edib. O, qeyd edib ki, bu gün işğal olunmuş deyil, azad Şuşadandır: "Bir neçə ay bundan əvvəl burada çıxış edərkən vətənimə qovuşmağı təsəvvür belə edə bilməzdim. Lakin bu gün artıq işğala son qoyulub. Azərbaycan xalqı, Azərbaycan əsgəri qanı və canı bahasına öz torpaqlarına sahib çıxdı.
Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşada və digər işğaldan azad olunmuş rayonlarmızda dalğalanır. Mən hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir, çünki Qarabağ Azərbaycandır!".
Vitse-spiker Adil Əliyev deyib ki, bu qələbənin memarı İlham Əliyevdir. Qələbə göstərdi ki, ölkə başçısı nəyi, nə vaxt etməyi çox yaxşı bilir. Azərbaycanın ciddi diplomatik fəaliyyət göstərdiyini xatırladan vitse-spiker deyib ki, BMT tərəfindən Azərbaycanın əleyhinə qəbul edilməsi istənilən qətnamənin qarşısının alınması buna misaldır: “Bu müharibədə Türkiyə, Pakistan və digər dost ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədi”.
Adil Əliyev deyib ki, uzun illər ordu quruculuğunaa ayrılan diqqət təsadüfi deyildi və düşmənin uduzmasında bu amil xüsusi rol oynadı: “Düşmən ölkəsinin mediası da Azərbycan Ordusunun zərbəsi haqqında etiraflar edir. Şəxsi heyətin zəruri avadanlıq və müasir silahlarla təminatı qələbənin əldə olunmasında xüsusi rol oynadı. Hesab edirəm ki, Ermənistan aldığı zərbədən uzun illər özünə gəlməyəcək”.
Adil Əliyev qeyd edib ki, uzun illər blokada vəziyyətində qalan Naxçıvana quru yolunun açılması da böyük zəfərdir: “Düşmən Azərbaycana qaytarmalı olduğu əraziləri dağıdır. Biz zəfər qazandıq. Ermənistanın timsalında dünya başa düşdü ki, ölkə başçısının “Qarabağ Azərbaycandır və nida” təsadüfi söz deyil və bunu həyata keçirəcək dəmir iradə var”.

Əli Zülfüqaroğlu