Gəncə-Mingəçevir-Gəncə dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edilib - CƏDVƏL
Taxıl yığımı ilə bağlı yanğın təhlükəsizliyinə dair müşavirə keçirib
İran Çin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib
Axios: Tramp Çinə səfərindən sonra İrana qarşı növbəti addımı ata bilər
“Növbədənkənar parlament seçkiləri Netanyahunun marağındadır”
21 Noyabr 2020 18:37
4 354
İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
Onun sözlərinə görə, həftə ərzində İranın gələn ilki dövlət büdcəsi ilə əlaqədar hökumətin fövqəladə iclasları təşkil olunacaq və bununla əlaqədar bütün nazirlər və hökumət üzvlərinin iclaslarda iştirak etməsi zəruridir.
S.Xətibzadə əlavə edib ki, bu səbəbdən İran xarici işlər nazirinin Moskva və Bakıya səfəri təxirə salınıb.
Qeyd edək ki, İran XİN-in mətbuat katibi 19 noyabrda bildirmişdi ki, İran xarici işlər naziri 23-24 noyabrda Rusiya və Azərbaycana səfər edəcək.