12 Noyabr 16:44
12 Noyabr 16:37
Uitkoff: Ukrayna üzrə növbəti danışıqların vaxtı razılaşdırılıb
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilir - YENİLƏNİB 3
10 Dekabr 2020 21:14
2 933
“Dəyərli qardaşıma, hörmətli Prezidentə mən də xüsusən bu Zəfər günündə verdiyi bu mesaj səbəbi ilə şəxsim və nümayəndə heyətimiz adından çox-çox təşəkkür edirəm. Bu Zəfərin başda bu işin liderliyini həyata keçirən qardaşıma, onun şəxsində bütün Azərbaycan türk qardaşlarıma mübarək olmasını şəxsim, heyətim və millətim adına diləyirəm və təkrar təbrik edirəm”.
Bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, 44 günlük savaş sonrası ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımızı necə sevindirdisə, eyni şəkildə Türkiyədəki qardaşlarını da sevindirib: “Bu, bütün millətimizin şəxsində yaşanan bir sevincdir. Gərək hökumətimiz, gərəksə də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Yazılı və görüntülü medianın da böyük bir qismi eyni şəkildə bu Zəfəri davamlı olaraq bərabər təbrik etdilər və mesajlarını da bu istiqamətdə verdilər. Təbii ki, bu mərasimlərə qardaşımın da dəvəti ilə gəldik. Küçələrdəki bu həyəcanı gördüyümüz zaman belə bir Zəfərin nəticəsində “coşqu ancaq belə olardı, bu şəkildə olardı”, deyə düşündük. Təbii ki, belə bir Zəfəri təbrik etmək, mübarək olsun demək də hər halda bizim vəzifəmizdir. Allah bundan sonrakı prosesi uğurlarla dolu olaraq davam etdirməyi nəsib etsin”.
12 Noyabr 22:32
854
12 Noyabr 22:32
854
12 Noyabr 21:09
945