Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
26 Fevral 2021 09:33
1 449
"Bolqarıstan–Azərbaycan Dostluğuna Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktoru Mariya Pavlovna Atanasova-Hüseynova Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Bolqarıstanın Prezident Administrasiyasına, Xarici İşlər Nazirliyinə, parlamentinə və media qurumlarına müraciət edib.
Müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, erməni silahlı birləşmələri Xocalının dinc əhalisinə amansız divan tutaraq, azərbaycanlılara qarşı əsl soyqırımı aktı törədiblər.
"Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində biz inamla və ümidlə dünya dövlətlərinə və xalqlarına, beynəlxalq təşkilatlara, yalnız milli mənsubiyyəti səbəbindən dinc insanlara əl qaldıranların məsuliyyətə cəlb olunması və qınanılması çağırışı ilə müraciət edirik. İnsanlığa zidd cinayət cəzalandırılmalıdır!".
Birlik sədri nəzərə çatdırıb ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ədalətli mövqeyini getdikcə daha çox qəbul edirlər. O, bu anım günlərində bolqar ictimaiyyətini Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməyə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verməyə çağırıb
17:49
553
17:44
553
17:29
560