Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
26 Fevral 2021 14:37
2 366
Beynəlxalq qrossmeyster Levon Aronyan Ermənistanı tərk etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, şahmatçı bununla bağlı paylaşım edib.
O bildirib ki, ölkə rəhbərliyi verilən vədlərə əməl etmədiyindən belə addım atıb: “Ötən il hamımız üçün ağır oldu: epidemiya, müharibə, mənim üçün şəxsi faciə və dövlətin erməni şahmatına biganəliyi. Hazırkı hakimiyyətin vədlərinə əməl etməsini bir ildən artıq gözlədim və başa düşdüm ki, çətin qərar qəbul edib ölkəni tərk etməliyəm. Aydın məsələdir ki, mənim idman karyeram baxımından dəyişikliklərsiz hər gözləmə ili boş vaxt itkisidir. Ailəm, xüsusilə də anam şahmatçı olmağım üçün çox qurbanlar verib. Mən bunu qiymətləndirirəm və öz şanslarımdan maksimum yararlanmalıyam. Səmimi qəlblə fəxr edirəm ki, Ermənistan şahmatının nailiyyətlərinə öz töhfəmi vermişəm: üç olimpiya medalı, dünya və Avropa çempionatının qızılı, iki dünya kuboku və bir sıra şəxsi və komanda qələbələri”.
Levon digər ölkələrdən təkliflərin olduğunu da gizlətməyib: “Mənə dedilər ki, ekspertlər Levon Aronyanın artıq potensialı olmadığını hesab edir. İllər ərzində mənə müxtəlif ölkələrdən, o cümlədən amerikalı şahmat mesenatı Reks Sinkfilddən təkliflər gəlib. Həmişə imtinamı onunla əsaslandırırdım ki, maddi dəyərlər şahmatçıya Ermənistanda olan hörmətlə müqayisə oluna bilməz. Əminəm ki, vaxt gələcək Ermənistanda şahmatın statusu qayıdacaq. Şahmat məktəblərinin bağlanması əvəzinə ona hörmət görəcəyik. Amma inandırım ki, vətənimə bağlıyam və gələcəkdə də ölkəm üçün mümkün olan və olmayan hər şeyi edəcəyəm”.
25 Sentyabr 20:55
707
25 Sentyabr 19:20
735
25 Sentyabr 16:47
784