YAP-da Bahar Muradovaya yüksək vəzifə verildi Siyasət

YAP-da Bahar Muradovaya yüksək vəzifə verildi

Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri seçilib.

Bu barədə qərar YAP-ın bu gün keçirilən növbədənkənar VII qurultayında qəbul edilib.

Bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.