Kreml İstanbulda Rusiya-Ukrayna görüşünə dair xəbəri təsdiqləməyib
Hesablama Palatası və DVX arasında Anlaşma Memorandumu imzalanıb
Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib
FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb
Litva NATO-dan zenit qaçaqmalçılığı qrupu yaratmağı xahiş edib
9 Mart 2021 14:56
2 891
Ermənistan Prezidentinin Administrasiyası Prezident Armen Sarkisyanın Bakıda səfərdə olması barədə məlumatlarla bağlı açıqlama yayıb.
APA-nın “Sputnik Armenia” agentliyinə istinadən verdiyi məlumata görə, Administrasiyanın bu gün yaydığı açıqlamada A. Sarkisyanın Bakıya səfər etdiyi barədə məlumatlar təkzib olunub.
Qeyd edək ki, “İravunk” qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, Prezident noyabrın 17-də Bakıda səfərdə olub. “Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi”, deyə A. Sarkisyan sual edib.
“Bəzi KİV-də guya Armen Sarkisyanın noyabrın 17-də Bakıda olduğu barədə xəbərlər yayılır. Bu, açıq yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olmayıb”, - deyə Ermənistan Prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilir.