10 Mart 2021 18:24
3 269
“Azərbaycanın Qarabağda 30 illik işğala son qoymasını Türk dünyası yaxından izləyirdi”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.
“Azərbaycanı bu mübarizəsində ancaq qardaşlıq bağlarımızdan dolayı yox, haqlı olduğu üçün dəstəklədik. Yəni hüquqi cəhətdən də Azərbaycan haqlı olduğu üçün dəstəyimizi verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.
Çavuşoğlu deyib ki, artıq regionumuzun taleyinin dəyişməsi, Qafqazda davamlı sülh və sabitliyin təmin olunması mümkündür: “Əlimizdə fürsət düşüb. Ümid edirəm ki, bu fürsəti hər kəs görər, bu həyəcanı bütün tərəflər bölüşər”, - Türkiyə XİN başçısı vurğulayıb.
Mustafa Çavuşoğlu qeyd edib ki, Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistanda da daxil olmaqla hamıya açıqdır.
13 Mart 23:03
1 400
13 Mart 20:26
1 806
13 Mart 20:16
1 638