

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İtaliya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirliyinin iki əməkdaşının ölkədən dərhal çıxarılacağını açıqlayıb.
APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
***
saat 13:56
Rusiya səfiri Sergey Razov İtaliya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə səfirliyin işçisi bildirib.
Səfir rus diplomatının casusluq ittihamı ilə saxlanılmasının ardınca İtaliya XİN-ə dəvət edilib.
Xatırladaq ki, İtaliyanın paytaxtı Romada Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Bildirilib ki, şübhəlilər İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı və Rusiya səfirliyi yanında çalışan zabitdir.
Səfirlik Rusiyanın İtaliyadakı Atteşeliyinin əməkdaşının saxlanıldığını təsdiqləyib.
İtaliya mətbuatı bu şəxslərin pul müqabilində məxfi sənədləri verərkən saxlanıldığını bildirib.
"La Repubblica" nəşrinin yazdığına görə, hər iki şəxs casusluq və dövlət təhlükəsizliyini təhdid etmə cinayətləri ilə əlaqədar istintaqa cəlb olunub və onları 10 ildən artıq həbs cəzası gözləyir.