Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub Siyasət

Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub

Cahit Bağcı Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub.

Trend-in “Resmi Gazete”yə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Qeyd edək ki, hazırda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoraldır.