“Bunlar olmayan quruma necə sədr seçirlər?” Siyasət

“Bunlar olmayan quruma necə sədr seçirlər?”

Elşən Musayev: "Yoxdan var etmək qabiliyyəti Əli Kərimlinin icad etdiyi yeni istedad növlərindəndirmi?"

"Cəmil Həsənlinin yenidən "Milli Şura"nın sədri postuna seçilməsi bilirsinizmi nəyə bənzəyir? – Elə bil avtomobili satmısan, amma nömrəsini saxlamısan özündə. Belinə bağlayıb gəzirsən. Bax təxminən bu qədər gülməli bir durumdur, kuryoz bir hadisədir". Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Cəmil Həsənlinin növbəti dəfə "Milli Şura"sədri postunda qalmasına münasibət bildirərkən söyləyib. E. Musayev deyib: "Həqiqətən absurddur. Hətta həmin absurdun lap yekəsi. Və ya çox maraqlıdır. Bunlar olmayan quruma necə sədr seçirlər? Yoxdan var etmək qabiliyyəti Əli Kərimlinin icad etdiyi yeni istedad növlərindəndirmi? Yoxsa radikallar sıfırı sıfıra vurmaqla nəticə hasil etmək istəyirlər?"
"Təbii ki, Cəmil Həsənli yedək fiqurdur. Bunu hamı bilir. O, sadəcə Əli Kərimlinin yanında fırlanmaq üçün lazımdır. Ömrünün sonuna qədər. Bir adam sayı daha çox olsun deyə. Amma bunu siyasi hadisə olaraq qələmə verməyin özü də biabırçılıqdır, rüsvayçılıqdır! Üstəgəl açıq-açığına, utanmadan, rəzilcə!!!" – Elşən Musayev deyib. "Cəmil Həsənlinin heç bu gün danışmağa heyi yoxdur. O ki qala siyasi proseslərə hansısa formada təsir edə bilsin. Bu adam həqiqətən bitib. Həm də çoxdan bitib. Əli Kərimli isə sanki bu bitimdən, Cəmil bəyi incitməkdən, onu sadistcə istismar etməkdən, yanında fırlayıb ora-bura sürüməkdən zövq alır..." –deyə Partiya sədri fikirlərinə əlavə edib.

Əli