Müharibədən az sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi etməsi Azərbaycanın çevik səfərbər olma qabiliyyətini göstərir - Deputat Siyasət

Müharibədən az sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi etməsi Azərbaycanın çevik səfərbər olma qabiliyyətini göstərir - Deputat

Azərbaycanın dünyaca məşhur Formula 1 yarışına və AVRO-2020-nin 4 oyununa ev sahibliyi etməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir və tarixi hadisədir. Bu yarışların postpandemiya dövrü üçün də böyük faydası var.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi ilə bağlı böyük təcrübəsi var:

“Bütün bu tədbirlər Azərbaycanın dünyada tanıdılmasına öz töhfəsini verib. Məhz bu tədbirlər zamanı və ondan sonrakı müddətdə Azərbaycana xarici ölkələrdən çoxsaylı turistlər gəlib. Turist səfərləri isə həm də ölkəmizin büdcəsinə əlavə vəsaitin daxil olması deməkdir. Azərbaycanın müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik səfərbər olma qabiliyyətini göstərir”.

Deputat vurğulayıb ki, bu yarışlar Azərbaycanın post-pandemiya dövrünə hazırlığı üçün böyük əhəmiyyət daşıyır: “Azərbaycanın post-Covid dövrünün turizm mövsümünə və Qarabağı böyük “turizm cənnəti”nə çevirməyə hazırlaşdığı bir dövrdə 500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışının və 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi ölk