Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
16 İyun 2021 15:15
2 660
“Azərbaycan NATO və Rusiya arasında siyasi dialoqa töhfə verib, Bakıda yüksək səviyyəli görüşlər keçirilib. Biz bu istiqamətdə öz töhfəmizi verməyə davam edəcəyik”.
APA-nın xəbərinə görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa videoformatda qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Azərbaycanın əsas məqsədi beynəlxalq münasibətlərdə əməkdaşlıq, dialoqdur: “COVİD-dən sonra bütün beynəlxalq ictimaiyyət fikirləşməlidir ki, beynəlxalq təhlükəsizliyi, dialoqu necə irəli apara bilər. Azərbaycanın NATO ilə əməkdaşlığı, Rusiya ilə yaxşı münasibətləri var”.
H. Hacıyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu istiqamətdə də öz töhfəsini verir: “Latviyaya da təşəkkür edirik. Azərbaycanın NATO və Avropa İttifaq ilə münasibətlərinə hər zaman töhfə verib”.
25 Sentyabr 20:55
602
25 Sentyabr 19:20
644
25 Sentyabr 16:47
665