Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42
17 Dekabr 23:42
17 Dekabr 23:37
17 Dekabr 23:35
19 İyun 2021 17:16
5 054f.jpg)
Ermənistanda seçkilərin nəticələri cəmiyyət üçün gözlənilməz ola bilər.
Bunu Trend-ə konfliktoloq, tarix elmləri namizədi Məmməd Məmmədov deyib.
O bildirib ki, bu məsələdə bir neçə amili nəzərə almaq lazımdır: "Bir tərəfdən revanşist əhval-ruhiyyəni, eləcə də "ermənilik" amilini nəzərə alsaq, hesab etmək olar ki, Paşinyan seçilməyəcək. Amma digər tərəfdən, Paşinyanın sadiq tərəfdarlarının və onun seçilməyəcəyi təqdirdə, Ermənistan üçün ağır fəsadların ola biləcəyini düşünən insanların olduğunu qeyd etmək lazımdır".
M.Məmmədovun sözlərinə görə, bütün bunlarla əlaqədar seçkilərin nəticələri cəmiyyət üçün gözlənilməz ola bilər. Nikol Paşinyan cüzi fərqlə qalib gələcəyi təqdirdə isə məsələ dövlət çevrilişinə qədər çata bilər: "Yalnız, Paşinyanın inamlı qələbəsi həm Ermənistanın, həm də bütövlükdə regionun gələcək iqtisadi inkişafını təmin edə bilər. Fikrimcə, Paşinyan hakimiyyətdə qalsa, Ermənistan bundan sonra inteqrasiya proseslərində iştirak edə bilər".
17 Dekabr 23:30
700
17 Dekabr 23:10
903
17 Dekabr 23:00
861