Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
24 İyun 2021 17:08
3 570
Nurlan Qələndərli: “Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində XXI əsrin savaşını apardı”
“Azərbaycan dünya miqyasında spesifik strateji inkişaf modelinə görə fərqlənən ölkələr sırasında yer alır. Bütün sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də görülən məqsədyönlü işlər ölkəmizin milli gücünün artmasını şərtləndirir. Xüsusi vurğulamaq gərəkdir ki, bu sahədə atılan kompleks addımlar Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer almasını təmin edib”. Bu fikirləri "Xalq cəbhəsi"nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Onun sözlərinə görə, ölkədə müdafiə sənayesinin yaradılması, ordunun ən müasir silahlarla təchiz olunması, peşəkar və vətənpərvər kadr potensialının formalaşdırılması strateji əhəmiyyət daşıyır: “Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində XXI əsrin savaşını apardı, tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı və öz tarixi-strateji missiyasını uğurla yerinə yetirmiş oldu. Bu gün hər bir azərbaycanlı haqlı olaraq öz qüdrətli dövlətinin qalib ordusu ilə fəxr edir”.
Əli Zülfüqaroğlu
25 Sentyabr 20:55
693
25 Sentyabr 19:20
728
25 Sentyabr 16:47
777