Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Məhkəmə ilə bağlı dövlət rüsumlarının 50 faizi məhkəmə aparatı işçilərinin sosial müdafiəsinə yönəldiləcək

Məhkəmə ilə bağlı dövlət rüsumlarının 50 faizi məhkəmə aparatı işçilərinin sosial müdafiəsinə yönəldiləcək Siyasət

Məhkəmə ilə bağlı dövlət rüsumlarının 50 faizi məhkəmə aparatı işçilərinin sosial müdafiəsinə yönəldiləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq.

Birinci oxunuşda təqdim olunan məsələ ilə bağlı bildirilib ki, bu qanun layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ilə bağlı 8-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər yenidən sistemləşdirilir, həmçinin qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu diferensial qaydada müəyyən olunur və məbləğlərə yenidən baxılır. Bildirilib ki, nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin, müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək və bu vəsait məhkəmə aparatlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, məhkəmənin maddi təminatının yaxşılaşdırılmasına yönəldiləcək.

Qeyd olunub ki, qanunun 9-cu maddəsində edilən düzəlişlər əsasında isə bir sıra azadolma halları ilə bağlı maddələr ləğv edilir. Belə ki, 9.1.14-cü maddəyə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir.

Qanuna yeni maddə də əlavə edilir. Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.

İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, bu gün məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar institusional dəyişiklikləri, özəl ekspertiza qurumlarının yaradılması, məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyətin yaxşılaşdırılması kimi məqamları əhatə edir. Vəkillər Kollegiyasının nümayəndəsi Anar Qasımlı deyib ki, sənəd məhkəmələrə verilən əsassız şikayətlərin qarşısının alınmasına da xidmət edəcək.

Sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə digər qanun layihəsinə baxılıb. Məlumat verilib ki, sənəd “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Qanuna təklif olunan dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır. Layihədə “xarici avtomaşınlar”, “xarici nəqliyyat vasitələri”, “xarici yük avtonəqliyyat vasitələri” ifadələrinin müvafiq olaraq “xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınlar”, “xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələri” ifadələri ilə əvəz olunması nəzərdə tutulur.

İclasın sonunda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.