Pan Gi Mun ATƏT sədri ilə Qarabağdan danışıb Siyasət

Pan Gi Mun  ATƏT sədri ilə Qarabağdan danışıb

BMT-nin Baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitse Daçiç ilə görüşüb.
BMT-nin və ATƏT-in rəhbərləri bu iki təşkilat arasında əməkdaşlıq, habelə Ukrayna, Dağlıq Qarabağ və Balkanlarda vəziyyət məsələlərini müzakirə ediblər. BMT-nin Baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT ilə ATƏT arasında tərəfdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.