“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
27 İyul 2021 11:49
4 977
Nail Cəlil: “Azərbaycan, Türkiyə, Pakistan parlament rəhbərlərinin ilk birgə görüşü üçtərəfli tərəfdaşlığın dərinləşməsinin təzahürüdür”
“Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament rəhbərlərinin ilk üçtərəfli görüşü qardaş ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşməsinin, yeni keyfiyyət müstəvisinə keçməsinin təzahürüdür. Türkiyə ilə Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan, 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın haqq işini fəal şəkildə dəstəkləyən, milli, mədəni, tarixi əlaqələr baxımından, ölkəmizlə sıx bağlı olan dövlətlərdir. Hər üç dövlətin regional maraqları və qlobal hədəfləri əhəmiyyətli dərəcədə kəsişir, üst-üstə düşür. Bu mənada, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin üçtərəfli parlament tərəfdaşlığı çərçivəsində möhkəmləndirilməsi təqdirəlayiqdir, regionda sivil, çoxvektorlu əməkdaşlığın göstəricisidir”.
“Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında bu fikirləri politoloq Nail Cəlil səsləndirib.
Siyasi ekspert qeyd edib ki, parlament rəhbərlərinin imzalayacağı Bakı Bəyannaməsi regional problemlərin həllinə münasibətdə siyasi-hüquqi müstəvidə yeni palitra yaradır, bu istiqamətdə mütərəqqi qanunvericilik təşəbbüslərinin möhkəmlənməsinə xidmət edir.
Nail Cəlilin fikrincə, iyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin imza atacağı bu sənəd müəyyən mənada, Şuşa Bəyannaməsinin məntiqi davamıdır: “Hər iki qardaş ölkənin parlament rəhbərlərinin geniş mümayəndə heyəti ilə ölkəmizə səfər etməsi, planlaşdırılan Şuşa səfəri bu qənaətə gəlməyə əsas verir”.
Cavid
2 Noyabr 18:46
1 197
2 Noyabr 11:24
1 372
1 Noyabr 17:13
1 799