Emin Əmrullayev: 73 min müəllimin əməkhaqqısına əlavə olunub
Nazir: Böyük Qayıdış çərçivəsində bu il 15 təhsil müəssisəsi fəaliyyətə başlayacaq
Dövlət Komissiyası: Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 675 xəstə müalicə alır
Yeni tədris ilində Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaq
Azərbaycanda səkkiz ayda 208 milyon milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb
30 İyul 2021 13:05
5 593
İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcəkdir.