10:48
336
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran Silahlı Qüvvələrinin elit birləşmələri) Hava Hücumundan Müdafiə Qüvvələri Hörmüz boğazı səmasında ABŞ Silahlı Qüvvələrinə məxsus "MQ-1" dronunu vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl "MQ-1" tipli müasir pilotsuz uçuş aparatı İslam İnqilabı Keşikçiləri Korpusunun ən yeni hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək məhv edilib", — deyə bəyanatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, insident Hörmüz boğazı üzərindəki səmada baş verib.
Məryəm Quliyeva