Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
16 Avqust 2021 09:47
3 647
44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan eyni zamanda regionda yeni reallıqlar yaratdı. Zəngəzur dəhlizinin açılması məsələsi bu reallıqlardan irəli gəlir.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində bəyan etdiyi kimi yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir:
“Dövlət başçısının qeyd etdiyi kimi bu, Ermənistanın da maraqlarına cavab verir. Çünki onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq.
Beləliklə, əgər Ermənistan bundan sonra normal şəkildə inkişaf etmək istəyirsə bir anlıq bu reallıqla barışmalı, 10 noyabr üçtərəfli Bəyanatında öz əksinin tapmış bu məsəlınin həlli istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.
Depuatın sözlərinə görə, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir: “Cənab Prezidentin müsahibəsində vurğulandığı kimi bu dəhlizin açılması ilə Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Məlum olduğu kimi, dörd il əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu və Azərbaycan bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdi. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, ölkəmiz üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Bundan başqa, Azərbaycan tələb edir ki, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində avtomobil yolu da çəkilsin. Çünki Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır”.
V.İskəndərov bildirib ki, Avropa İttifaqının da müsbət yanaşdığı Zəngəzur dəhlizininin açılması region ölkələri üçün də yeni fürsət yaradacaq: “Beləliklə, hər şey aydındır. Ortada bir realılıq var və Ermənistanın o reallığa uyğun addım atmaqdan başqa çarəsi yoxdur. Yəni, Ermənistan vaxt itirmədən Azərbaycanla sülh müqaviləsi imzalamalı və Azərbaycanın dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımalıdır. Əks təqdirdə isə Ermənistanı xoş gələcək gözləmir”
25 Sentyabr 20:55
700
25 Sentyabr 19:20
728
25 Sentyabr 16:47
777