Erməni mifi və obrazının hiperparadoksallığı Siyasət

Erməni mifi və obrazının hiperparadoksallığı

30 ilə yaxın bir zaman kəsiyində Ermənistanın siyasi hakimiyyətlərinin apardıqları təbliğatın əsas ideoloji sütunlarından olan “yenilməz erməni ordusu” mifini Azərbaycan Ordusu 44 gün ərzində dağıtdı və “erməni əsgərinin məğlubedilməzliyi” haqqında uydurulan bütün əfsanələr bir göz qırpımında sabun köpüyü kimi havaya sövruldu.

Əslində erməni əsgəri tarixin heç bir dövründə məğlubedilməz olmayıb. Onların “məğlubedilməzliyi” hiylə və məkrlə faydalandıqları, həmçinin hər cür iyrənc təyinat üzrə istifadəyə yararlı olduqlarından qulbeçəlik etdikləri mərkəzlərin gücünə sığınmaqdan, hərbi əməliyyatların taleyi həll olunduqdan sanra ən qəddar, ən amansız və ən rəzil cinayətlər törətməkdən ibarət olub.

Erməni ordusu dünyanın ən şərəfsiz ordusu, erməni əsgəri isə bəşər tarixinin ən layaqətsiz əsgəridir. Bunu 120 ilə yaxın bir zaman kəsiyində ermənilərin Azərbaycanda, Türkiyədə, Türküstanda, bütövlükdə türklərin yaşadıqları bütün ərazilərdə gerçəkləşdirilən, günahsız insanların, körpələrin, qadınların, yaşlıların misli görünməmiş bir amansızlıqla qətlə yetirilməsi ilə müşayiət olunan soyqırım aktları da sübuta yetirir.

Birinci dünya müharibəsinin, Qurtuluş savaşının, Azərbaycan xalqının istiqlal mücadiləsinin nəticələrinə uyğun olaraq, qəhrəman əsgər və zabitlərimizin qarşısından tülkü kimi necə qaçmışdılarsa, 44 günlük Vətən müharibəsi dövründə də eləcə sivişib aradan çıxdılar. Erməni əsgəri heç vaxt Azərbaycan əsgəri ilə üz-üzə döyüşməyib, hər zaman başqalarının arxasında gizlənərək dinc, günahsız insanları atəşə tutub, öz natamamlığının, miskinliyinin, qorxaqlığının qisasını yaşayış məntəqlərini, tarixi və mədəniyyət abidələrini, məscidləri, evləri viran qoymaqla, meşələrı yandırmaqla, çaylara zəhər axıtmaqla almağa çalışıb.

Erməni əsgərinin Azərbaycan əsgəri, erməni ordusunun Azərbaycan Ordusu ilə üz-üzə qaldığı və gizlənməyə yer tapmadığı ilk imkandaca, ermənilərin öz qüsurlu təfəkkürlərini, natamam, alayarımçıq, min bir mədəniyyətin oğurluq qarışığından tutulan “mən”lərini yemləmək üçün uydurduqları bütün əfsanələr yalnız möhkəm qaçmaları üçün dabamlarına püskürdükləri ağız suyu olmağa yaradı, vəssalam.

44 günlük müharibə dövründə “görkəmli erməni sərkərdələri”nin səsləri gizləndikləri “siçan deçikləri”ndən, bunkerlərdən gəldi, əksəriyyəti isə əsgərlərindən bir neçə kilometr öndə qaçdılar. Xocalıda dinc sakinlərə divan tutan, bəşər tarixinin ən ağır soyqırım cinayətinə qanlı imza atan köçəryanlar, sarkisyanlar, ohanyanlar müharibə zamanı Qarabağa gəlsələr də, qısa bir müddətdən sonra tülkü kimi gizlənərək gəldikləri yerə qaçdılar.

“Azərbaycanlılar vuruşmayacaq” deyib özlərinə təsəlli verən bu fərarilər, cəlladlar, qorxaqlar qarşılarında dişiqlə, dırnağıyla, yalın əliylə savaşan, keçilməz dağları aşan, düşmənə göz açmağa imkan verməyən, ölümə meydan oxuyan qəhrəman Azərbaycan oğullarını görüb dünyaya gəldiklərinə peşman oldular. İndi yenidən donquldanmağa çalışan bu çaqqal sürüsü heç olmasa öz parlamentlərinin fərarilərlə bağlı qəbul etdikləri amnistiya aktına və onun icrası barədə sənədlərə nəzər salsın. Özlərinin etiraf etdikləri rəqəm 10 min nəfərdir.

Bu gün işğaldan azad edilmiş Azərbaycan ərazilərində törədilən vəhşiliklərin izinə, darmadağın edilmiş, torpağı-daşı daşınmış yaşayış məntəqələrinə, uçurulmuş mədəniyyət abidələrinə, dağıdılmış məscidlərə, məzarlara, viran qoyulmuş evlərə nəzər salanda ermənilərin özləri haqqında uydurduqları miflərin bütün komponentlərini görmək mümkündür. “Qədim tarix və mədəniyyət” barədə bütün dünyaya üfürdükləri yalanları da həmçinin...

Budur düşmənin əsl siması! Erməni tarixi və mədəniyyəti əsasən Azərbaycan və Türkiyə türklərinin, Cənubi və Şimali Qafqazda yaşayan xalqların tarixindən, mədəniyyətlərindən oğurlanmış və erməni obrazında yamaq kimi görünən hissələrdən ibarətdir. Eynilə Ermənistan adlı dövlətin özü kimi... Yoxdur erməni mədəniyyəti! “Erməni mədəniyyəti” Azərbaycanlıların, türklərin, Qafqaz xalqlarının uğursuz parodiyasıdır. Ermənilər yuz ildən çoxdur ki, “çuxa”mızı geyməyə çalışırlar, amma əyinlərində palan kimi göründüyünün fərqinə varmırlar.

Bu gün ortalıqda bütün cizgiləri ilə gerçək bir erməni obrazı var! Düşdükləri durumun nə qədər faciəli olduğunu anlamaları üçün isə bircə dəfə güzgüyə, yaxud Bakıdakı Hərbi Qənimətlər Parkının görüntülərinə baxmaları yetərlidir.

Elçin Mirzəbəyli

Əməkdar jurnalist, siyasi şərhçi