Hər bir məmur öz fəaliyyətində Prezidentin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməlidir - Deputat Siyasət

Hər bir məmur öz fəaliyyətində Prezidentin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməlidir - Deputat

Hər bir məmur, vəzifəli şəxs öz fəaliyyətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməli və vətəndaşlara şəffaf xidmət göstərməlidir.

Bunu Milli Məclisin deputat Afət Həsənova deyib.

Deputat bildirib ki, ötən gün Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman onların qarşısında mühüm vəzifələr qoydu və tapşırıqlar verdi: “Hesab edirəm ki, bu tapşırıq və tövsiyələr təkcə vəzifəyə yeni təyin edilən şəxslər üçün deyil, bütün vəzifəli şəxslər üçün əsas olmalıdır. Hər bir icra başçısı elə xidmət göstərməlidir ki, vətəndaşlar razı qalsın. Heç bir icra başçısı öz vəzifələrindən sui-istifadə etməməlidir. Hər kəs qanun qarşısında bərabərdir, heç kim törətdiyi əmələ görə cəzasını alır və biz bunu zaman-zaman görürük.

Təəssüflər olsun ki, zaman-zaman icra başçılarının cinayət əməllərinin şahidi oluruq və onlar buna görə öz cəzalarını alırlar, cinayət məsuliyyətinə cəlb edilirlər. Cənab Prezident dediyi kimi hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bu gün də əgər hansısa icra hakimi öz fəaliyyətində cinayət əməllərinə yol verirsə bilməlidirlər ki, mütləq onların əməllərinin üstü açılacaq və qanun qarşısında cavab verəcəklər. Ona görə də hər bir icra başçısı öz fəaliyyətini şəffaf qurmalı və cinayət tərkibli hərəkətlər etməməlidirlər”.

A.Həsənova hesab edir ki, icra hakimiyyətlərinin yol verdiyi nöqsanlardan biri də kadr siyasəti ilə bağlıdır: “Bir çox hallarda yeni təyin edilən icra başçıları hazırda çalışan kadrlarla işləmək istəməyərək yeni kadrlar təyin edirlər ki, bu da həm narazıçılığa, həm də işin səmərəliliyinə təsir edir. Ona görə ki, həmin insanlar artıq yerli əhalini tanıyır, onlarla işləməyi bacarır, təcrübələri var. Dirgər tərəfdən, icra başçıları yerli kadrlarla işləməlidir, çünki qeyd etdiyim kimi, onlar yerli əhalinin əhval-ruhiyyəsini və istəklərini daha yaxşı bilir, onlarla işləməyi bacarır. Kənardan gətirilən kadrlar isə insanlarla düzgün işləməyi bacarmır ki, bu da qeyd etdiyim kimi, işin səmərəliliyinə və narazılığa səbəb olur. Bu baxımdan, düşünürən ki, icra başçıları düzgün kadr siyasəti aparsalar, onların özlərinin də işi daha rahat və keyfiyyətli olar”.