Ümid edirik ki, Qarabağ tezliklə rifah və inkişaf regionuna çevriləcək - Beynəlxalq Ekstremal Səyahətçilər Konqresinin prezidenti Siyasət

Ümid edirik ki, Qarabağ tezliklə rifah və inkişaf regionuna çevriləcək - Beynəlxalq Ekstremal Səyahətçilər Konqresinin prezidenti

Ümid edirik ki, Qarabağ tezliklə rifah və inkişaf regionuna çevriləcək.

Bunu Trend-ə beynəlxalq səyahətçilər qrupu ilə Füzuli beynəlxalq hava limanına gəlmiş Beynəlxalq Ekstremal Səyahətçilər Konqresinin prezidenti Kolja Speri deyib.

O bildirib ki, onlar uzun müddət heç kimin olmadığı çətin keçilən yerlərə səyahət edir: "Mən fəxr edirəm ki, bu gün Füzuli beynəlxalq hava limanında eniş etmiş ilk qrupuq və bizim regiona səfər etmək imkanımız var. Biz həm də Ağdam və Şuşaya gedəcəyik. Biz münaqişənin tarixi, eləcə də onun fəsadları barədə öyrənmək istəyirik. Ümid edirik ki, Qarabağ hamı üçün rifah və inkişaf regionuna çevriləcək. Biz dünyada ən çox səyahət edən insanlardan ibarət qrupuq. Bizə həqiqətən də regionun və münaqişənin tarixini öyrənmək maraqlıdır".

Qeyd edək ki, beynəlxalq səyahətçilərdən ibarət qrup Füzuli beynəlxalq hava limanına təşkil olunmuş sınaq reysi ilə ilk dəfə Qarabağ regionuna səfər edib.

Səfərdə 11 ölkədən, ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan 30-dan çox səyahətçi iştirak edir.