Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
30 Oktyabr 2021 10:35
4 928
İşğaldan azad olunan ərazilərdə Dördüncü Sənaye İnqilabına uyğun işlərin həyata keçirilməsi daha adekvat yaşayış məskənlərinin salınmasına xidmət edəcək.
Bunu açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. O bildirib ki, əgər bir yaşayış məskəni sıfırdan qurulursa, yeni çağırışlara uyğun inşa edilməsi vacib məsələdir:
"Mövcud olan infrastrukturun yaşıl enerji, təmiz şəhər, ağıllı idarəetmə, rəqəmsallaşma və s. kimi tələblərə uyğunlaşdırılması sıfırdan qurulan hər hansı bir yaşayış məskəninin uyğunlaşdırılmasından çətin olur. Təəssüf ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizin böyük hissəsi tamamilə dağıdılıb və yenidənqurma prosesi də müəyyən zaman alacaq. Bu dövr ərzində dünya tamamilə fərqli istiqamətlərdə inkişaf edəcək. Yeni çağırışlardan ən vacibi iqtisadiyyatın, enerji təchizatının yaşıllaşdırılması, həm təsərrüfatda, həm iqtisadiyyatın digər sahələrində rəqəmsallaşmadan geniş istifadə edilməsidir. Bütün bunların tətbiqi daha adekvat yaşayış məskənlərinin yaradılmasına xidmət edəcək".
Ekspert hesab edir ki, bu məsələdə çox ifrata getmək də olmaz. Çünki söhbət xüsusən regionlardan gedirsə, burada tam rəqəmsallaşma, ağıllı texnologiyalardan istifadə və s. böyük xərclərə gətirib çıxara bilər:
"Dördüncü Sənaye İnqilabı ağıllı şəhər, ağıllı kənd konsepsiyalarını dəstəkləyir. Lakin ehtiyatlı olmaq lazımdır. Bu istiqamətdə hətta Avropa İttifaqının özünün yanaşmalarında müəyyən tərəddüdlər var. Çünki bəzi hallarda icmaların inkişaf səviyyəsi bu layihələri dəstəkləmir. Nəzərə almaq lazımdır ki, texnologiya amartizasiya olunan, yəni köhnələndir. Çalışmaq lazımdır ki, maksimum optimallaşdırma şəraitində müvafiq istiqamətlərdə layihələr həyata keçirilsin. Əks-halda onlar istifadəyə yararsız olaraq, müəyyən bir dövrdən sonra sıradan çıxacaqlar. Əvəzində isə biz ciddi maliyyə itkiləri ilə üzləşmiş olacağıq. Hansı ki, kifayət qədər böyük vəsaitlərə ehtiyac var və bu vəsaitlərin təmin edilməsi də çətin bir prossdir. Ona görə də optimal səviyyənin tapılması məqsədəuyğundur, amma eyni zamanda müasir çağırışlara uyğun yaşayış məskənlərinin yaradılması da vacibdir".
25 Sentyabr 20:55
567
25 Sentyabr 19:20
616
25 Sentyabr 16:47
637