Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
30 Oktyabr 2021 17:10
4 529
AVCİYA prezidenti Elxan Süleymanov TürkiyəninAzərbaycandakı səfiri Cahid Bağcıya qardaşölkənin Cümhuriyyət Günü ilə bağlı təbrikməktubu göndərib. Təbrik məktubunda deyilir:
Hörmətli cənab Səfir,
Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 98-cı ildönümü münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və rəhbərlik etdiyim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)kollektivi adından təbrik etməkdən məmnunluqduyuram.
Böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə xalqının qəhrəmanlığı və vətənpərvərlik əzmi nəticəsində qazanılmış dövlət müstəqilliyi keçən 98 il ərzində çətin və şərəfli inkişaf yolu keçərək daha da möhkəmləndirilmiş, Türkiyə Cümhuriyyəti siyasi, iqtisadi və digər sahələrdə böyük nailiyyətlər əldə edərək tək regional deyil, həm də qlobal məqsədlərə nail ola bilən güclü dünya dövlətinə çevrilmişdir.
Türkiyə Cümhuriyyəti Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin qeyd etdiyi “Bir xalq, iki dövlət” prinsipinə sadiqlik nümayiş etdirərək daim ölkəmizə dəstək nümayiş etdirmişdir. Sayın Rəcəb Tayyib Ərdoğanın Cümhurbaşqanlığı dövründə Türkiyə-Azərbaycan münasibətləri daha da möhkəmlənmiş və ən yüksək səviyyəyə qalxmışdır.
İkinci Qarabağ müharibəsi başlanan andan Türkiyə Cümhurbaşqanı Sayın Ədoğanın “Türkiyə Azərbaycanın yanındadır. Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir” bəyanatı ilə ölkəmizə siyasi və mənəvi dəstək ifadə etməsi Azərbaycan xalqını və Azərbaycan Silahlı Qüvvələrini ruhlandırdı və qələbə əzmini artırdı. Qardaş Türkiyə müharibə dövründə olduğu kimi postmüharibə dövründə də Azərbaycanınyanındadır və işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında birbaşa iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhurbaşqanı Sayın Ərdoğanın 15 iyunda Türkiyə-Azərbaycan arasında strateji müttəfiqliyə dair Şuşa Bəyannaməsini imzalaması ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı. Cümhurbaşqanı Sayın Ərdoğanın 4 ay ərzində ikinci dəfə işğaldan azad edilmiş ərazilərə səfər etməsi, Fizuli Beynəlxalq Hava Limanının açılışnda, Zəngəzur dəhlizinin əsasının qoyulmasında iştirak etməsilə dünyaya mesaj göndərdi ki, Türkiyə və Azərbaycan bir yerdədir, Türkiyə və Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsi qeyri-mümkündür.
Hörmətli cənab Səfir,
Bir daha Müstəqillik günü münasibətilə Sizi və Sizin timsalınızda qardaş Türkiyə xalqını təbrik edirəm.
Yaşasın Türkiyə! Türkiyə və Azərbaycan qardaşlığı əbədidir! Yaşasın Türkiyə-Azərbaycan birliyi! Biz birlikdə güclüyük!
25 Sentyabr 20:55
560
25 Sentyabr 19:20
602
25 Sentyabr 16:47
623