“Bu gün partiya Arif Hacılının səriştəsiz idarəçiliyi nəticəsində yox olmaq ərəfəsindədir” Siyasət

“Bu gün partiya Arif Hacılının səriştəsiz idarəçiliyi nəticəsində yox olmaq ərəfəsindədir”

Əli Qasımbəyi: "Sərbəst düşüncə sahibləri ya partiyadan istefa veriblər, ya da qrup şəklində rəhbərliyə gətirilmiş savadsızlar tərəfindən partiyadan xaric ediliblər"

Müsavat Partiyasında istefalar davam edir. Bu barədə Nizami rayon təşkilatının sabiq sədr müavini Arif Quliyev məlumat verib. Məlumata görə, bu dəfə partiyanın Nizami rayon təşkilatında istefalar olub. Belə ki, partiya üzvləri Məcid Əliyev, Azər İbrahimov, Mahir Quliyev, Yaqub Məmmədov istefa veriblər.
Müsavat Partiyasının sabiq üzvü Əli Qasımbəyli isə fikirlərini belə ifadə edib: "Ağsaqqalımız Şirməmməd Hüseynov, Nəsib Nəsibli, Nəsiman Yaqublu, Boran Əziz, Rafiq bəy İsmayıl, görkəmli alimlərimiz Rafiq Əliyev, Hikmət Hacızadə, Firudin Cəlilov, Vurğun Əyyub, Qubad İbadoğlu, xalqımızın qiymətli şairi Ramiz Rövşən, bəstəkar Cavanşir Quliyev və adlarını çəkə bilmədiyim digər ləyaqətli insanlar, sizə müraciət edirəm. Babamız Məhəmməd Əmin Rəsulzadənin bizə miras qoyub getdiyi Müsavat Partiyası və müsavatçılıq ideologiyası bir qrup fırıldaqçının əli ilə tam şəkildə iflasa uğradılmaq ərəfəsindədir". O hesab edir ki, bu gün partiya Arif Hacılının səriştəsiz idarəçiliyi nəticəsində yox olmaq ərəfəsindədir: "Sərbəst düşüncə sahibləri ya partiyadan istefa veriblər, ya da qrup şəklində rəhbərliyə gətirilmiş savadsız və heç bir məsuliyyət dərk etməyən adamlar tərəfindən partiyadan xaric ediliblər. Son günlər baş verənlər isə Müsavat adına utanc gətirən hadisələrdir. Partiyada saxta bilet alverçiləri ifşa olunsalar da, istefa vermək niyyətində deyillər. Sizdən xahiş edirəm ki, artıq təkcə quru adı qalmış Müsavatımızın əvvəlki əzəmətini qaytarmaq üçün nüfuzunuzdan istifadə edib bütün bu olanlara münasibət bildirəsiniz. Partiyanın əvvəlki şöhrətini özünə qaytarmaq üçün əməli işə keçəsiniz. Sizin buna haqqınız çatır, çünki, bu partiya bir qrupun yox, bütün Azərbaycan xalqınındır. Siz isə xalqımızın seçilmişlərisiniz. Seyrçi qalmağa haqqınız yoxdur. Bir daha xahiş edirəm, nə qədər gec deyil hərəkətə keçin!"

Əli