QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə start verildi Siyasət

QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə start verildi

"Fevral ayının 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəklədiyi “Sosial şəbəkələr vasitəsi ilə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işinin təşkili” layihəsinə başlamışıq. On minlərlə izləyicisi olan “Niyameddin Orduxanlı” facebook səhifəsi vasitəsi ilə 3 ay ərzində yüz minlərlə vətəndaşımıza koronavirusla mübarizənin maarifləndirməsini məqsəd qoymuşuq. Həmçinin də facebookun imkan verdiyi pullu reklam vasitəsindən də istifadə edəcəyik”.

Bunu "Xalq Cəbhəsi.az" saytına açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi bu layihə pandemiyanın indiki məqamında çox əhəmiyyət daşıyır və bu istiqamətində məlumatın çatdırılması facebook şəbəkəsinin verdiyi ödənişli reklam əsasında da həyata keçiriləcək: “ Bu gün artıq Azərbaycanda koronavirusa yoluxanların sayı gündəlik 4000-5000 yaxındır. Xüsusən "Omikron" ştammın ortaya çıxmasından sonra yayılma bütün dünyada sürətlə yayılır. Əlbəttə ki, dövlətimiz pandemiyanın ilk günləridə virusa qarşı mübarizə yolunu uğurla seçib. Bunun göstəricisidir ki, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq sıradadır. Koronadan ölüm sayı bizdə həddindən artıq aşağıdır. Bizim həyata keçirdiyimiz layihə birbaşa sosial şəbəkələr üzərindən aparılacaq. Bilirsiniz ki, facebook maliyə büdcəsi milyard dollarla ölçülür. Və hər bir səhifə istifadəçisi ödəniş əsasında hər hansı bir məlumatı yüz minlərlə, milyonlarla insana çatdıra bilər. Uzun illərdir facebook sosial şəbəkəsindən istifadə edirik. Bizim təşkilatın geniş təcrübəmiz var. Koronavurusla bağlı məlumatı hər gün facebook üzərindən on minlərlə şəxsə çatdıracağıq. Əsas fəaliyyətimiz həm maarifləndirici olacaq, həm də dövlət rəsmilərinin gündəlik məlumatlarını yaymaq olacaq. Bunu hər dəfə yaydıqda, həm səhifədə olan on minlərlə üzvlər görəcək, həm də qeyd etdiyim kimi, ödəniş əsasında yüz minlərlə şəxsə göndərəcəyik. Hesablarımıza görə, layihənin sonda yüz minlərlə şəxsə məlumat göndərə biləcəyik. Bilirsiniz ki, bu gün Azərbaycanda cəmi 5 milyon şəxs facebook istifdəcisidir. Əhalinin çox böyük hissəsi günün çox hisəsini facebookda olur.Biləsiniz ki, bu gün Azərbaycanda ən çox istifadə olunan şəbəkə facebookdur. "
QHT sədri Niyaməddin Orduxanlının sözlərinə görə, bu layihəyə dəstək verən Agentliyinin bütün rəhbər şəxslərinə, hörmətli Azay Quliyevə, onun müavini hörmətli Vüsal Quliyvə, İcraçı Direktor hörmətli Aygün Əliyevaya və Agentliyin Müşahidə Şurasının hörmətli üzvlərinə təşəkkürümüzü bildiririk:"Son zamanlar Agentliyin yüksək səviyyəli fəaliyyətini görürük. Geniş miqyaslı fəaliyyət istiqamətini həyata keçirdirlər. Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin Vətəndaş Cəmiyyəti İnstitutuna xüsusi diqqətini müşahidə edirik. İntensiv görüşlərin keçirilməsi, yüzlərlə QHT rəhbərinin Qarabağa səfəri, fərdi qaydada nüfuzlu hüquq müdafiəçiləri ilə görüş və digər məqamları qeyd edə bilərəm. Bu gün faktiki Prezident Adminstasiyası ilə QHT-lərin yüksək səviyyəli birgə əməkdaşlığının şahidi oluruq. "

Niyaməddin Orduxanlının dediyinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin virusla mübarizədə həyata keçirdiyi çevik və doğru qərarları nəticəsində ölkəmizdə ölüm sayı 213 ölkə arasında sonuncu yerlərdədir: “İlk gündən cənab Prezident öz vətəndaşının qorunması siyasətinə üstünlük verdi. Azətminatlı ailələrə, işsizlərə birdəflik yardımın verilməsi, 200 mindən artıq vətəndaşa ərzaq və tibbi yardımların olunması, sahibkarla dəstək və 10 modul tipli xəstəxananın qısa müddətdə tikilməsi barədə sərəncamın olması, Koronavirusa qarşı mübarizə fondunun yardılması və 120 milyon manat vəsaitin toplanması, dövlət büdcəsindən 4 milyard manata yaxı vəsaitin ayrılması məhz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsiydi. Və biz Avropda, ABŞ-də insanların necə kütləvi şəkildə dünyasını dəyişdiyinin şahidi olurduq. Bir gündə on minlərlə insan həyatını itirirdi. Həmin dövrlərdə bizdə həm yoluxanların, həm də ölənləri saytı həddindın artıq az idi. Prezidentin qabaqlayıcı tədbirləri nətəcisində bu gün Azərbaycanda 700 000 vətəndaş virusa yoluxub və bunun 670 000 artıq şəxs saxalaraq evə buraxılıb. 20 000 artıq şəxsin müalicəsi davam etdirilir. Təəssüf ki, 9000 nəfərə yaxın vətəndaşımız həyatını itirib.”

QHT sədrinin sözlərinə görə, bu gün bütün dünyada sərt karantin rejimindən yumşaldılma keçiddən sonra, yolxuma sayları artmaqdadır: “Agentliyin 2021-ci ilin qrant müsabiqəsində pandemiyaya xüsusi diqqət ayrıldığının şahidi olduq. Onlarla layihə bu istiqamətdə faəliyyətə başlayacaq. Bu iki Agentliyin sədri Azay Quliyev Azərbaycanda sərt karantin rejimininə keçiddən sonra yüzlərlə QHT nümayəndəsini virusa qarşı mübairzəyə səfərbər etdi. Ölkənin ən tanınmış QHT sədrlərindən ibarət İctimai Qərargah yaratdı və özünün rəhbərliyi ilə vətəndaşların maarıfləndirilməsi istiqamətinə addımlar atıldı. Onlara video konfranslar keçirdi. Və bildiyim qədəri ilə keçən il 200 yaxın QHT-nin layihəsi məhz koronavirusa qarşı mübarizəyə yönəldildi. Bu il də virusa qarşı mübarizəyə çox ciddi proritet istiqamət götürülüb. ”