6 Noyabr 17:34
6 Noyabr 15:39
6 Noyabr 15:34
18 Aprel 2025 11:32
23 317
Bu il Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulur.
APA xəbər verir ki, bunu mətbuat konfransında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
Aygün Əliyeva vurğulayıb ki, layihələrin keyfiyyəti son 2 ildə xeyli yüksəlib, 2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb.
Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı isə bildirib ki, bu il QHT-lərin İnkişaf və Mübadilə Proqramının Şuşa şəhərində keçirilməsi planlaşdırılır. O, hesabat dövründə 5 dəfə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarının təşkil edildiyini, Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı şəhərlərində keçirilmiş bu proqramları uğurla başa vurmuş 500-dək QHT-nin sertifikatlarla təltif edildiyini diqqətə çatdırıb.
4 Noyabr 23:04
1 750
21 Oktyabr 23:17
6 118
14 Oktyabr 23:02
7 651