Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır Layihə

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır

Mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidentinin Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr, ölkəmizə və onun Liderinə göstərilən yüksək səviyyəli münasibətlər həyata keçirilən uğurlu siyasətin məntiqi sonluğu kimi də izah olunur. Bu da onu deməyə əsas verir ki, Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı faktor kimi çıxış edir.

Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər.

Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunur.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Politoloq Çingiz Şahbazi qəzetimizə açıqlamasında deyib ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət heç şübhəsiz ki, dünyada baş verənlər fonunda ən məqbul hesab olunan siyasətdir. Diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət istər öz ölkəmizlə, istərsə də hər hansı bir ölkə ilə bağlı olsun, hər zaman beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir.

O, qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkədir və 30 ildən artıq torpaqlarımız işğal altında qaldığı dönəmlərdə, beynəlxalq hüququn bizim lehimizə olduğu halda, ölkəmiz və xalqımız ikili standartlara məruz qaldı. Bu gün biz Rusiyanın Ukrayna torpaqlarında həyata keçirdiyi işğalçı addımlarından dolayı yediyi sanksiyaları və digər cəza növlərini görürük və Ukraynanın haqlı olduğundan dolayı siyasi, hərbi, finansal və iqtisadi yardimlarla demək olar ki, dünyanın dörd bir tərəfindən dəstəklənir.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında qaldığı dönəmlərdə, 1 milyonluq qaçqınla təkbaşına (Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı xaricində) demək olar ki, qaldıq. Azərbaycanın siyasi hakimiyyəti və xalq olaraq biz bunları yaşasaq da heç vaxt ümüdümüzi üzmədik və heç vaxt beynəlxalq hüququn kənarına çixmadıq: "Bu günkü Azərbaycanın bu səviyyəyə gəlib çatmasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsindir ki, bu Azərbaycan dünyanın ən ciddi beynəlxalq tədbirlərinə ev sahibliyi edir. Bu gün cənab İlham Əliyevin dünyanın istənilən yerində keçirilən beynəlxalq tədbirlərində özəl diqqət mərkəzində olması, ölkəmizin nüfuzunu daha da artırır və Azərbaycan hər kəsin maraq dairəsindədir. Bütün bunlar ölkəmizə olan etibarlılığı artırır və ölkəmiz söz sahibinə çevrilir. Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, həmçinin Yaxın Şərqdə, Mərkəzi və Orta Asiyada ən etibarlı tərəfdaşdır. Bu tərəfdaşlıq siyasi və iqtisadi əlaqələr fonunda həmçinin enerji, nəqliyyat, ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm işləri özündə əks etdirir. Cənab Prezidentin Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında iştirakı və cənab Prezidentin qətiyyətli davranışları, liderlərlə keçirdiyi görüşlər və nəhayət siyasi baxımdan qəti mövqeyindən geri çəkilməməsi onun yürütdüyü siyasətin və Azərbaycanın haqlı olduğunu göstərirdi. Azərbaycan, Cənubi Qafqazda Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrin inkişafı, nə qədər faydalı və önəmli olmasını, zaman keçdikcə hər kəsə daha aydın şəkildə görünməkdədir. Azərbaycan bu gün də, sabah da dostluq və əməkdaşlıq müstəvisində yürütdüyü siyasəti davam etdirəcək. Bu səbəbdən ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması şübhə doğurmur".

Deputat İlham Məmmədov isə deyib ki, Prezident İlham Əliyevin Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı çərçivəsində keçirdiyi görüşlər və ona olan münasibət bir daha onu sübut etdi ki, Avropa Azərbaycanı “orta güc” kimi qəbul edir və onunla hesablaşır.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşü zamanı Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirməsi bunun bariz nümunəsidir. “Avropa İttifaqının liderlərinin Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulamaqla yanaşı, regionda, həmçinin regionun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynamasını qeyd etmələri ölkəmizin “orta güc” kimi qəbul edilməsinin sübutu idi”, - o vurğulayıb.

Deputat əlavə edib ki, bütün bu uğurlara cənab Prezident İlham Əliyevin yürütdüyü qlobal çağırışlara zamanın çevik reaksiya verib ona uyğun diplomatiya yürütməsi və çoxvektorlu siyasət nəticəsində mümkün olub: “ Məhz cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsində Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğundan nüfuzu artəb mövqeləri möhkəmlənməkdədir. Uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı aktiv rol ölkəmizin geosiyasi mövqelərinin möhkəmlənməsinə və gələcəkdə daha ciddi aktor rolunda çıxış etməsinə xidmət edir”.

Avropa İttifaqı rəhbərlərinin Prezident İlham Əliyevlə görüşün əhəmiyyətinə toxunan deputat bildirib ki, Aİ lideləri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaş olduğunu bir daha təsdiq etməklə, bunda sonra da istər enerji, “yaşıl enerji”, istər digər iqtisadi, tranzit-yükdaşıma, istərsə də Orta Dəhlizin inkişaf etdirilib Mərkəzi Asiya regonu ilə daha sıx əməkdaşlığın qurulmasında ölkəmizin müstəsna rol oynamasının fərqindədirlər. “Avropa həm də oynadığı “orta güc” rolunun regional sülhə, sabitliyə, təhlükəsizliyə və qarşılıqlı faydalara əsaslanan sıx əməkdşalıq formatlarının yaranmasına xidmət edir. Əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan hələ çox uğurlara imza atacaq və ölkəmiz dünyanın inkişaf etmiş sosial ölkəsinə çevriləcək”.

Politoloq Azər Qasımovun fikrincə, Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin əbəzolunmazlığı Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında açıq şəkildə göründü.

Bir müddət əvvəl düşünülə bilərdi ki, Azərbaycanın Aİ ilə əlaqələri geriyə doğru gedir. İndiki mürəkkəb geosiyasi durumda Aİ-nın seçim qarşısında qaldığı bir dövrdə Azərbaycan kimi enerji daşıyıcısı bir ölkənin varlığından imtina edilməsi Aİ üçün öldürücü olardı. Aİ-nın əvvəlki adminstrasiyası tərəfindən Azərbaycana münasibətdə haqsızlıq var idi. Ancaq Azərbaycanın qəti mövqeyi bunun aradan qaldırılmasına səbəb oldu. Bu da onu göstərdi ki,

Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaşdır və onun rolu bir daha görünür və qəbul edilir: “Aİ yaxşı başa düşür ki, onun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Aİ rəsmilərinin Azərbaycan Prezidenti ilə görüş və zəngləri Aİ-nın Azərbaycana verdiyi əhəmiyyətin bariz .

Göründüyü kimi, Azərbaycan və Aİ arasında siyasi münasibətlər tamamilə bərpa olunub. Ermənistanın və ona dəstək vürınlırun cəhdlərinə baxmayaraq Azərbaycan Prezidentinin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu.

Səfər zamanı keçirilən görüşlər Azərbaycana olan marağın və ölkəmizə verilən əhəmiyyətin miqyasını nümayiş etdirdi.

Azərbaycan bir tərəfdən Çinlə, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə əlaqələrini inkişaf etdirdi, digər tərəfdən Aİ ilə münasibətlərini normal məcrada, qarşılıqlı maraqlara cavab verən şəkildə inkişaf etdirdi.

Hesab edirəm ki, Azərbaycanın yürütdüyü siyasət dünya nizamının formalaşmasına xüsusi təsirləri baxımından maraq doğurur. Bunu Aİ da yaxşı görür. Azərbaycan dünyada nadir dövlətlərdəndir ki, yürütdüyü siyasət bütün qütblərdə normal qarşılanır, əks mövqe doğurmur. Bu da Azərbaycan dövlətinin unikal qabiliyyətinin təzahürüdür. Bu unikallıq da Azərbaycanı qarşı qütblər arasında ortaq mövqedə çıxış etməyə, onların mövqelərindəki ziddiyyətləri aradan qaldırılmasına dəstək olmaq üçün imkanlar yaradır”.

Cavid