10 İyun 2025 14:58
2 562
“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ağrı hekayəsi” layihəsinin icrasına başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə İctimai Birlikdən məlumat verilib.
Layihənin əsas məqsədi azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi tarixi torpaqlarımızdan – indiki Ermənistan ərazisindən tamamilə qovulması, kütləvi deportasiyası, çəkdikləri əzab-əziyyət, öz doğma yurdlarına qayıtmaq həsrəti və ədalət istəkləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır. Bu məqsədlə “Qərbi azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası zamanı baş vermiş zorakılıq, kütləvi qırğın və qətllər”, “Qərbi azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası və mülkiyyət hüquqlarının pozulması”, “Qərbi azərbaycanlıların qayıdış hüququ” mövzularında araşdırma məqalələri hazırlanacaq.
Məqalələrdə deportasiyanın ağır nəticələri, prosesdə yaşanan zorakılıq halları aydın sübutlar və sənədlərlə əks olunacaq. Həmçinin Qərbi azərbaycanlıların Ermənistandan qovulmasına dair hadisələri təsvir etməkdə dəqiqliyi təmin etmək üçün sağ qalan şahidlərlə müsahibələr aparılacaq. Silsilə araşdırma məqalələri və müsahibələr xarici dillərə tərcümə edilməklə müxtəlif saytlarda dərc olunacaq, elektron resurslar vasitəsilə dünyaya yayılacaq.
17 İyun 23:00
2 506
17 İyun 13:05
2 051
10 İyun 23:33
4 333