6 Noyabr 17:34
6 Noyabr 15:39
6 Noyabr 15:34
5 Sentyabr 2025 20:10
18 060
Sentyabrın 5-də “Ekoloji İnformasiya ” İB -yi “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa təşkil edib.
Xalqcebhesi.az-ın xəbərinə görə, dəyirmi masada Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru , aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Bərdə rayon İH yanında ictimai şuranın katibi Əhliman Hümbətov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB-nin sədr müavini Natiq Kazımov iştirak ediblər.
9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev çıxış edərək “Konstitusiya və Suverenlik ili” -nin təsis olunması haqqında məlumat verib. Tədbirlər planına uyğun olaraq ekoloji sahədə görülən işlərdən danışıb.
“Ekoloji İnformasiya”İB-nin sədri Musa Muradlı QHT-lərin fəal iştirakını vurğulayıb.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Bərdə rayon İH yanında ictimai şuranın katibi Əhliman Hümbətov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB-nin sədr müavini Natiq Kazımov da mövzu ilə bağlı fikirlərini bildirməklə müzakirələri maraqlı ediblər.








4 Noyabr 23:04
1 729
21 Oktyabr 23:17
6 111
14 Oktyabr 23:02
7 644