6 Noyabr 17:34
6 Noyabr 15:39
6 Noyabr 15:34
1 May 2025 15:28
1 575
1 may 2025-ci il tarixində Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tənha şəxslərlə iş” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi aztəminatlı ailələrdən və dəstəyə ehtiyacı olan gənc qadınlara peşə təhsili imkanları yaratmaq, onların yeni bacarıqlar qazanmasına və praktikada tətbiq etməsinə şərait yaratmaqdır. Təlim proqramları müasir əmək bazarında tələbat olan sahələri – freelanser xidmətləri, qrafik dizayn istiqamətlərini əhatə edir.
Bu təşəbbüs gənc qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına, özünüməşğulluq imkanlarının genişlənməsinə və iqtisadi müstəqilliyin güclənməsinə yönəlib. Eyni zamanda, layihə onların sosial həyatda daha fəal iştirakına və cəmiyyətin inkişafında rol oynamasına dəstək göstərir.
Bununla yanaşı, layihə çərçivəsində əmək bazarının aktual tələblərinə uyğun kadrların hazırlanması və onların işlə təmin olunmasına yardım edilməsi də nəzərdə tutulur.
4 Noyabr 23:04
1 750
21 Oktyabr 23:17
6 118
14 Oktyabr 23:02
7 651