“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
Bakı aeroportu Novruz bayramı günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
İsrail ordusu İranın daxili təhlükəsizlik qüvvələrini və ballistik raket qərargahlarını vurub
"Fitch": Neftin qiyməti 100 dollar səviyyəsində qalarsa, qlobal resessiya riski artacaq
İran XİN rəhbəri: Müctəba Xamenei sağ-salamatdır, vəziyyət nəzarəti altındadır
10 Noyabr 2024 13:06
2 590
Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacağı, axşam isə ayrı-ayrı yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacaq.