Çempionlar Liqası: "Araz-Naxçıvan" rəqibini darmadağın etdi İdman

Çempionlar Liqası: "Araz-Naxçıvan" rəqibini darmadağın etdi

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə Şotlandiya çempionu "PYF Saltires" ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 7:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.

"Araz-Naxçıvan" son oyununu “Ljuti Krajişniçi”yə qarşı keçirəcək. Avstriya çempionu ilə görüş avqustun 30-da, saat 21:30-da başlayacaq.

PYF Saltires (Şotlandiya) – Araz-Naxçıvan (1:6) 2:7

Qollar: Qavin Ritçi, 0:56, Paul Simpson, 30:01; Cin Perrutso, 5:44, 10:44, Alleks Rezende, 11:12, 27:26, Karlos Bertuola, 13:19, Luicci Longo, 17:11, 19:23.