
Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?
27 Avqust 23:45
27 Avqust 23:45
27 Avqust 23:33
27 Avqust 23:09
27 Avqust 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara əyaləti ilə Niger əyalətində baş vermiş kolera epidemiyası nəticəsində ən azı 11 nəfər həyatını itirib, 221-dən çox insan isə bu xəstəliyə yoluxub.
Xalqcebhesi.az xəbər verir ki, Nigeriyada kolera təhlükəsi ilə bağlı xəbərdarlıq verilib. Şimal-qərbdə yerləşən Zamfara əyalətinin Bukkuyum bölgəsində kolera epidemiyası səbəbilə ən azı 8 nəfər ölüb. Əyalətin 11 yaşayış məntəqəsində 200-dən çox insanın xəstəliyə yoluxduğu bildirilir. Yerli səlahiyyətlilər, ölkədəki məhdud səhiyyə xidmətlərinə çıxışın və təhlükəsizlik problemlərinin böhranı daha da ağırlaşdırdığını qeyd ediblər.
Niger əyalətinə bağlı Gurusu kəndinin nümayəndəsi Məhəmməd Cibci isə "Hazırda 21-dən çox xəstə xəstəxanada müalicə alır, lakin Nasarava Ümumi Xəstəxanasına çatdırılmada yaşanan gecikmələr səbəbilə 3 nəfər həyatını itirib" deyə bildirib.
Millət vəkili Süleyman Əbu Bəkir Qumi, Zamfara hökumətini və beynəlxalq QHT-ləri təcili müdaxiləyə çağırıb. Qumi bildirib ki, "Hər bir gecikmə, xüsusilə qadınlar və uşaqlar arasında daha çox ölümə səbəb olacaq" və bölgəyə təcili yardım qruplarının və kolera müalicə mərkəzlərinin göndərilməsini tələb edib.
Məryəm Quliyeva