Reuters: Uitkoff protokolu pozaraq Putinlə görüşə stenoqraf olmadan gedib Dünya

Reuters: Uitkoff protokolu pozaraq Putinlə görüşə stenoqraf olmadan gedib

ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, 6 avqust tarixində Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşə Dövlət Departamentinin katibi (stenoqrafisti) olmadan qatılaraq diplomatik protokolu pozub.

Bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Uitkoff görüş zamanı Putinin sözlərinin dəqiq qeydini aparmayıb. Nəticədə, o, 7 avqustda Avropa liderləri ilə telefon danışığı zamanı ziddiyyətli məlumatlar verib və bu, ABŞ hökumətində narazılıq yaradıb.

Xüsusilə, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq daxil olmaqla bir sıra rəsmi şəxslər bu vəziyyətdən narazı qalıblar.

Məryəm Quliyeva