İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
28 Avqust 2025 22:04
2 261
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması üçün görülən işləri müzakirə ediblər. H.Fidan bildirib ki, rəsmi Ankara öhdəsinə düşən məsuliyyəti yerinə yetirməyə hazırdır.
Diplomatlar həmçinin Qəzzadakı son durum və atəşkəsin təmin olunması istiqamətindəki səylər barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Suriyadakı vəziyyət haqqında danışılıb.