Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir Cəmiyyət

Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir

Təxminən üç il sonra dərsliklər öz əhəmiyyətin tamamilə itirəcək.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

“Süni intellekt artıq materialları müəllifdən daha yaxşı təqdim edir. Hətta düşünürəm ki, bəzi məsələləri Dilçilik İnstitutunun tədqiqatlarından daha yaxşı formada təqdim edir. Amma bu o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac qalmayacaq”, - nazir vurğulayıb.