Güneyli siyasi məhbusların ailələri unudulmadı Güney Azərbaycan

Güneyli siyasi məhbusların ailələri unudulmadı

İlaxır çərşənbə münasibətilə azərbaycanlı fəallar Azərbaycan Milli Hərəkatının siyasi məhbuslarının ailələrinə baş çəkiblər.
Görüşdə bayramın gəlişi münasibətilə onları təbrik edib və məhbusların müqavimətini alqışlayıblar. Bu barədə "Təbriz səsi" məlumat yayıb.
Azərbaycan Milli Hərəkatının siyasi məhbuslarının ailələri isə fəalların onların görüşünə gəlməsinə və diqqətlərinə görə təşəkkür edib və məhbusların vəziyyəti haqqında məlumat veriblər. Azərbaycanlı fəallar Milli Hərəkatın məhbuslarının fədakarlıqlarını heç zaman unutmayacaqlarını bildiriblər.