

18 Sentyabr 17:14
18 Sentyabr 17:02
18 Sentyabr 16:02
İsfahan əyalətində yaşayan Qaşqay türkləri bir neçə gün bundan öncə öldürülmüş gənc qaşqay sənətçi Əli Heydərinin dəfn mərasimində türkcə şüarlar səsləndiriblər.
“Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarları səsləndirən qaşqaylar İran hökumətinin türk dilində təhsilə qoyduğu qadağaya etiraz ediblər.
Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.
İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.
Gunaz.tv