“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
8 Avqust 2022 11:53
21 210
Azərbaycan Respublikasının Təbrizdəki konsulluq binasının ətrafı və qarşısında dini bayraqlar asılıb.
Bu barədə İran mediası məlumat yayıb.
Azərbaycanda dini mərasimlərə icazə verilmədiyini, əzadarlıq bayraqlarının yığışdırıldıqlarını iddia edən İran mediası konsulluq binasına dini bayraqların asılmasını "dindar gənclər" tərəfindən həyata keçirildiyini iddia edib.
Sosial media fəalları isə etdikləri paylaşımlarda bunun SEPAH və yarım hərbi "Bəsic" qüvvələri tərəfindən edildiyini bildiriblər.
Qeyd edək ki, oxşar hadisə avqustun 4-də Azərbaycan respublikasının Londondakı səfirliyində də həyata keçirilib.
Səfirliyə hücum edən radikal dini qruplaşmanın üzvləri Azərbaycan bayrağını yerə atıb, onun yerinə "ya Hüseyn" yazılan bayraqlar asıblar.
İran hökuməti bu hərəkətdə əli olmadığını iddia etsə də, Təbrizdə baş verən hərəkətlə Londondakı hücumun oxşarlığı hər ikisinin bir mərkəzdən edildiyini göstərir.
Gunaz.tv
18 Sentyabr 16:47
1 505
18 Sentyabr 16:46
1 456
15 Sentyabr 13:41
2 723