“Xudafərin körpüsünün hər iki tayında Azərbaycan bayrağı dalğalanacaq”-Əhməd Obalı -VİDEO Güney Azərbaycan

“Xudafərin körpüsünün hər iki tayında Azərbaycan bayrağı dalğalanacaq”-Əhməd Obalı -VİDEO

Güney Azərbaycanın milli fəalı Güney Azərbaycan Televiziyasının (günaz.tv) rəhbəri Əhməd Obalı Zəngilan və Cəbrayıl rayonlarına səfər edib. O, səfər zamanı Araz çayının sahilinə gələrək xudafərin körpüsünü ziyarət edib.

Əhməd Obalı bildirib ki, Xudafərin artıq xalqı ayıran yox, birləşdirən körpüyə çevrilib.

“42 il öncə suyun o tayından ayrılmışam. Uzun müddətdir ki, o taya keçə bilmirəm. Amma zaman yaxınlaşır. Bu körpü xalqı bir-birindən ayırmaq üçün deyil, o tayla bu tayı birləşdimrək üçündür.

Uzun illər “həsrət körpüsü” adını alsa da, indi birlik körpüsünə çevrilir.

30 milyon güney azərbaycanlının ən adi, primitiv hüquqları tapdalanır. Arzu edək ki, ən qısa müddət bu körpü açılacaq. Körpünün o tayında və bu tayında Azəbraycan bayrağı dalğalanacaq. Birinci Quzey Azərbaycan bayrağı, o birində Güney Azərbaycan bayrağı.

Sonra isə Bütöv Azərbaycan bayrağı olacaq”-deyə, Əhməd Obalı bildirib.

Əhməd Obalı Zəngilan rayonun Ağalı kəndində də olub. Prezidentin Şərri Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Məmmədov Əhməd Obalıya Ağalı kəndində yaradılan şərait barədə Əhməd Obalıya məlumat verib. (apa.tv)

Gunaz.tv