Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
24 Yanvar 2023 10:58
5 432
Təbriz zindanının 12-ci bölməsində saxlanılan milli fəal Ruzbeh Pirinin tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.
Gunaz.tv
3 il 8 aylıq həbs cəzasının 11 ayının arxada qalmasına baxmayaraq, fəalın məhkəmə sistemi və zindan rəhbərliyinə yazdığı müraciətlərə cavab verilmir.
Qeyd edək ki, İslam Azad Universitetinin Təbriz filialını proqram təminatı ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirən Ruzbeh Piri fevralın 12-də saxlanılıb.
İran hökumətinin təhlükəsizlik məmurları onun Təbrizdəki ata evinə basqın edib və fəalı özləri ilə aparıblar.
Sonradan R.Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.
“Təbriz” tələbə jurnalının baş redaktoru, Müstəqil Tələbələrin İslam Cəmiyyəti təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.
23 Dekabr 14:51
1 302
18 Dekabr 19:45
3 549
18 Dekabr 11:03
3 738
- FOTO