Şərqi Azərbaycan valisi dəyişdirilə bilər Güney Azərbaycan

Şərqi Azərbaycan valisi dəyişdirilə bilər

Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəmin vəzifədən çıxarılacağı ilə bağlı xəbərlər yayılıb.

Gunaz.tv

Sosial mediada bir sıra dövlət qurumlarına istinadən yayılan məlumatlara görə, valinin işdən uzaqlaşdırılması ilə bağlı məsələ Daxili İşlər Nazirliyində müzakirə olunub.

Vali fevralın 1-də verdiyi açıqlamada yayılan məlumatdan xəbərsiz olduğunu iddia edib və bunun həqiqət olmadığını bildirib.

Qeyd edək ki, Zeynalabdın Rəzəvi Xürrəm SEPAH-ın Qərbi və Şərqi Azərbaycan əyalətlərindəki komandirlərindən olub.

O, 2021-ci ilin oktyabr ayında Şərqi Azərbaycan əyalətinə vali təyin edilib.

Bununla da SEPAH-ın İbrahim Rəisi hökumətindəki nüfuzu və həssas postları və nazirlikləri ələ keçirməsi prosesi daha da gücləndirilib.

Hazırda İbrahim Rəisinin hökumətində nazir postunda olanların demək olar ki, hamısı, o cümlədən də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan SEPAH terror təşkilatının və onun “Qüds” briqadasının keçmiş komandirləri olublar.