Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
28 Mart 2023 14:58
7 210
"Biz hökumətdən amnistiya istəmirik. Fikrimizcə, İslam Respublikasının hakimiyyətinə son qoyulmalıdır və bu yöndə sizdən dəstək və yardım gözləyirik". Bunu güneyli hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədi Cenevrədə İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının təşşəbbüsü ilə keçirilən İnsan Hüquqları Şurasının yan iclasına ünvanladığı müraciətdə deyib.
Gunaz.tv
İranın rəhbəri Əli Xameneyinin son əfv fərmanına toxunan N.Məhəmmədi bunu humanizm nümunəsi kimi deyil, qərb və beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını aldatmaq üçün atılmış hiyləgər addım kimi dəyərləndirib.
"Dini avtoritar hökumətin anti-feminist siyasəti güclənib və tələbə qızların ardıcıl zəhərlənməsi, məhbus qadınlara qarşı zorakılıqların artması qadınlara zülmün davam etdiyini göstərir"-İran İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavin Nərgiz Məhəmmədi bildirib.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan İran İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavin Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır.
O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
24 Oktyabr 12:56
1 456
23 Oktyabr 12:45
2 009
23 Oktyabr 12:33
2 002