29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
1 Aprel 2024 17:16
8 575
Abbas Lisani hazırkı İran hakimiyyətinin qeyri-peşəkar molla sekti tərəfindən idarə olunduğunu bildirərək Güney Azərbaycanın “Qızıl Almaya” çatmasından sonra mütəxəssilər tərəfindən idarə olunacağını vurğulayıb.
Gunaz.tv
Qızıl Alma dedikdə Güneyin müstəqilliyə çatması nəzərdə tutulur.
Güney Azərbaycanın, o cümlədən Təbriz, Urmu, Sulduz, Ərdəbil şəhərlərindən tanınmış aktivistlər İranda yeni il münasibəti ilə martın 29-u cənab Lisani ilə mənzilində görüşüblər.
Abbas Lisani görüşdə Güney Azərbaycanın gələcəyi barədə verilmiş sulaı cavablandırıb:
“Qızıl Almaya çatmaq üçün milli mübarizəmizi davam etdirməliyik. Həmin Qızıl Alma Azərbaycan xalqının milli iradəsi ilə formalaşıb ədalətli dövlətin hakim olması ilə gerçəkləşəcək”
Cənab Lisani çıxışının davamında bu sözləri deyib:
“İran İslam Respublikası xeyli vaxtdır ki, hərəkatımızda “hərə özü bir liderdir” ideyasını təbliğ edir və bununla da hərəkatımızda milli inteqrasiyasının qarşısını almaq istəyir”.
Məşhur aktivist sözlərinin sonunda qurulacaq Güney Azərbaycan dövlətinin mütəxəssislər tərfəindən idarə olunacağını vurğulayıb.
Görüşdə digər məşhur aktivist Əkbər Azad Azərbaycan xalqının Bahar Bayramını təbrik deyərək Pəhləvilərin və hazrıda İran İslam Respublikasının Azərbaycan və xalqına qarşı etdikləri zülmlər barədə danışıb.
O, güney azərbaycanlıların mədəni mübarizələrinin davam etməsinin müsbət nəticələrə gətirib çıxaracağını deyib.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814