“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
8 İyul 2024 16:13
7 287
Təbrizdə Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri növbəti dəfə etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb.
İyunun 8-da Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Məlumata görə, təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edən şüarlar səsləndiriblər:
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Onlar "Təqaüdə çixmış rabitə işçilərinə qarşı neçə illik zülmə son verin!", "təqaüdçülərlə bağlı konstitusiya tələblərini yerinə yetirin" və başqa etiraz məzmunlu plakatlar açıblar.
Qeyd edək ki, Rabitə Nazirliyinin təqaüdçüləri bir neçə ildir davamlı şəkildə eymi tələblərlə aksiya keçirsələr də, bu günə kimi onların problemləri həll olunmayıb.
10 Sentyabr 13:43
952
10 Sentyabr 11:43
1 015
10 Sentyabr 11:26
1 008