29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
24 İyul 2024 14:34
9 632
Bütün filmlərimi ana dilimdə, türk dilində çəkmişəm və bundan sonrada belə edəcəyəm. Bu dili daha yaxşı bilir, fikir və duyğularımı daha güclü ifadə edə bilirəm.
Gunaz.tv
Bu sözləri təbrizli rejissor Vəhid Nami Tehranın "29 Bəhmən" kinoteatrında keçirilən konfransda özü və qardaşı Nəvid Naminin yaradıcılığı barədə keçirilən konfransda deyib.
O, türk dilinə qadağalar və məhdudiyyətlərin tətbiq edilməsi və məhdudiyyətlər qoyulmasını tənqid edib.
Konfransda iştirak edən jurnalistlərdən biri Vəhid Namiyə filmlərini türk dilində çəkdiyinə görə irad bildirib və bunun məntiqsizolduğunu deyib.
"Bir rejissor öz ana dilində film çəkdiyinə görə sorğu-sual edilməməli, cavabdehlik daşımamalıdır. Kimlər bu qaydanı qoyub? Bu məcburiyyətlərin və qaydaların əleyhinəyəm və öz dilimdə film çəkməyə davam edəcəyəm. Təbriz şəhəri boyda olan Kozovoda kimi kiçik bir ölkədə 3 dil rəsmi dövlət dili kimi qəbul olunub, yaradıcılığımın türk dilində olmasına irad bildirmək şovinizm nümunəsidir, bu isə artıq alınmayacaq",- təbrizli rejissor cavab verib.
O, uzun illərdir İranda qeyri-fars xalqlara, dillərə və mədiniyyətlərə qarşı ədalətsiz davranıldığını, onların kimliyi, dili və mədəniyyətinin təhrif edildiyini deyib.
Vəhid Nami son dövrlər qeyri-fars xalqlarla bağlı məsələlərin gündəmə gəlməsindən bir sıra dairələrin narahatlıq keçirdiklərini söyləyib və bunu reallıqları qəbul etməmək xəstəliyi adlandırıb.
Rejissor hakim sistemdə təmsil olunan bir sıra güc mərkəzlərinin xalqların milli kimliyini saxtalaşdırmağa və özlərinin mənafeinə uyğun formalaşdırmağa çalışdıqlarını, ancaq bunun nəticə verməyəcəyini bildirib.
Qeyd edək ki, Vəhid Hüseyni Nami 1975-ci ildə Təbrizdə anadan olub, kino sənəti üzrə təhsil alıb, 20-dən çox qısametrajlı və sənədli film çəkib.
28 Avqust 10:48
1 736
25 Avqust 11:15
2 884
25 Avqust 11:13
2 772